Modern.az

Azərbaycanlı deputatın Heydər Əliyevlə bağlı kitabı Çində təqim olundu

Azərbaycanlı deputatın Heydər Əliyevlə bağlı kitabı Çində təqim olundu

Təhsil

11 Dekabr 2013, 16:55

Çində Hüseynbala Mirələmov və Viktor Andriyanovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabının Çin dilində nəşrinin təqdimatı olub. Bu barədə Modern.az saytına hazırda Pekində olan millət vəkli Hüseynbala Mirələmov özü məlumat verib.

O, qeyd edib ki, sayca 32-ci xarici dilə tərcümə olunan bu kitab çinli oxucular üçün görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti haqqında fundamental mənbə rolunu oynayacaq. Pekində Çin Xalq Respublikasının (ÇXR) Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında təşkil edilən mərasimdə Çinin xarici işlər nazirinin müavini Çen Quopin, cəmiyyətin sədr müavini Li Cianpin, Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri Gan Dequan, Çin Kommunist Partiyasının məsul şəxsləri, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın Pekindəki səfirləri, diplomatlar, elm adamları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Hüseynbala Mirələmov ilə yanaşı, parlamentin deputatları Aydın Mirzəzadə və İlham Məmmədov da tədbirdə iştirak ediblər.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK