Modern.az

Sürücülərin nəzərinə - Bu küçədə hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə - Bu küçədə hərəkət məhdudlaşdırılır

Aktual

26 Sentyabr 2024, 16:50

28 sentyabr 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq. 

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

 

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi