Modern.az

Britaniya Aİ ilə münasibətləri bərpa etmək istəyir

Britaniya Aİ ilə münasibətləri bərpa etmək istəyir

Dünya

26 Sentyabr 2024, 19:00

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, Baş nazir bu barədə “X” sosial media hesabındakı paylaşımında bildirib.

 

O, Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələri yenidən qurmaq və “Brexit”i Britaniya xalqının xeyrinə işləməsini təmin etmək istədiyini deyib.

 

Baş nazir gələn həftə Brüsseldə Ursula Fon der Lyayen ilə müzakirələrə başlamağı səbirsizliklə gözlədiyini də əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi