Modern.az

Azərbaycanın UEFA reytinqindəki MÖVQEYİ

Azərbaycanın UEFA reytinqindəki MÖVQEYİ

27 Sentyabr 2024, 09:47

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

 

Modern.az xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin "Tottenhem" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına töhfə verə bilməyib.

 

Hazırda 26-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

 

25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

 

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (86.874) yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu