Modern.az

Neftimizin qiyməti 75 dollara qədər ucuzlaşıb

Neftimizin qiyməti 75 dollara qədər ucuzlaşıb

İqtisadiyyat

27 Sentyabr 2024, 10:00

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 75 dollara qədər ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,51 ABŞ dolları, yaxud 3,22 % azalaraq 75,43 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI