Modern.az

Anım Gününə həsr olunan fləşmob - VİDEO

Anım Gününə həsr olunan fləşmob - VİDEO

Aktual

27 Sentyabr 2024, 10:14

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 27 Sentyabr anım günü ilə bağlı fləşmob keçirib. Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış 100 nəfərdən artıq məcburi köçkünün iştirak etdiyi fləşmobda şəhidlərimizin ruhuna ehtiramın və Vətən müharibəsində qazanılan zəfərin rəmzi olan Xarıbülbül gülünün təsviri yaradılıb. 

Modern.az xəbər verir ki, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması çərçivəsində həmin fləşmob haqqında hazırlanmış videoçarxda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəşadətli ordumuz, qəhrəman əsgər və zabitlərimiz, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda canını qurban verən şəhidlərimiz, xalqımızın qürur mənbəyi olan möhtəşəm Zəfərimiz barədə söylədiyi fikirlər yer alıb. 

Videoçarxı təqdim edirik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi