Modern.az

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Aktual

27 Sentyabr 2024, 11:46

Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.

 

Modern.az-ın məlumatına görə, mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.

 

Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.

 

Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.

 

Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi