Modern.az

Şəhidlərin xatirəsi Xocalıda anılıb - FOTO

Şəhidlərin xatirəsi Xocalıda anılıb - FOTO

Aktual

27 Sentyabr 2024, 14:20

27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Xocalıda da ehtiramla anılıb.

 

Modern.az xəbər verir ki, Xocalı rayonunda yerləşən şəhid məzarlığında Anım Gününə həsr olunmuş tədbir keçirilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçilərinin, müəllim, tələbə və şagirdlərin iştirak etdiyi mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxışlarda Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, şəhidlərimizin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi