Modern.az

"Səbail" məğlub oldu 

"Səbail" məğlub oldu 

İdman

27 Sentyabr 2024, 21:58

Futbol üzrə Misli Premyer Liqasında VIII tura start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edib. Oyun nominal ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Naxçıvan təmsilçisi 16 xalla 1-ci pilləyə yüksəlib. Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu