Modern.az

“Zafer kokan şiirler” kitabının təqdimatı oldu

“Zafer kokan şiirler” kitabının təqdimatı oldu

Aktual

28 Sentyabr 2024, 12:31

Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olmuş Şəhidləri Anma günündə  Avrasiya Yazarlar Birliyi və Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə işıq üzü görmüş “Zafer kokan şiirler” kitabının da təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, "Zafer kokan şiirler” kitabının təqdimatında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları,Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri Aygün Attar, Səfirlik nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları,  Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Emrah Yücensi, şəhid mayor Aqşin İbadovun qardaşı polkovnik-leytenant Məmmədhüseyn İbadov iştirak ediblər.

Şuşa Konqres Mərkəzində təşkil olunan və Türkiyənin dövlət rəsmilərinin, Silahlı Qüvvələrin təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin, Türkiyədə təhsil alan azərbaycanlı hərbçilərin, şəhid ailələrinin, qazilərin və yerli ictimaiyyətin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Hər iki ölkənin dövlət himninin ardından şəhidlərimizin ruhuna dualar oxunub.

 “Zafer Kokan şiirlər” kitabını çapa hazırlayan Aida Eyvazlı Göytürk qeyd edib ki, şəhid vətən qəhrəmanlarından qalan son yadigar olan şeirlər, vətən müharibəsi iştirakçılarının müharibə zamanı keçirdikləri hisslərin yer aldığı  kitabın ilk versiyası Azərbaycan Mədəniyyət Nazirliyinin  və “Söz” Ədəbi Birliyinin sədri Nigar Həsənzadənin dəstəyi ilə “İgidlərin” sözü layihəsində işıq üzü görüb. Türkiyədə Avrasiya Yazarlar Birliyinin sədri mərhum Yakub Öməroğlunun təklifi ilə kitab yenidən işlənərək, yeni əlavələrlə  türkiyəli gənc tərcüməçi Atabəy Barış tərəfindən  türk dilinə uyğunlaşdırılıb. Bu gün Yakub Öməroğlunun dünyadan köçməsinin 40-cı günündə həm də onun sevdiyi bir kitabın təqdimatının keçirilməsi də təsadüfi deyildir.

Şəhidlərimizdən qalan sözlər yadigardır. Mən inanıram ki, “Bengü” Yayımlar tərəfindən çap olunan “Zafer kokan şiirler” kitabı hər bir türkiyəli oxucu üçün maraqlı və məzmunlu olacaq. Bu şeirlərdə qələbəyə inam, qardaş Türkiyə və Azərbaycan dövlətinin gücündən güc alan igidlərimizin Vətən, torpaq, zəfər duyğuları yer alıb.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov şəhid olmuş Azərbaycan qəhrəmanlarının xatirəsinin yad edilməsində xidmətlərinə görə Aida Eyvazlı Göktürkə minnətdarlığını bildirib, qardaş Türkiyə ictimaiyyətinin Azərbaycan şəhidləri haqqında məlumatlandırılmasının vacibliyini vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi