Modern.az

Bakıda “Rebuild Karabakh 2024” sərgisi açılacaq

Bakıda “Rebuild Karabakh 2024” sərgisi açılacaq

Aktual

28 Sentyabr 2024, 12:40

Oktyabrın 15-17-də Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2024”) keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Modern.az-a bildirilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də KOBİA xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar oktyabrın 8-də müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər: //bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2024” qeyd olunmalıdır).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi