Modern.az

İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər - SƏBƏB

İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər - SƏBƏB

28 Sentyabr 2024, 13:09

İranın xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidanla Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sammiti çərçivəsində üçtərəfli görüş keçirib.

Modern.az xəbər verir ki, bu gün səhər baş tutan görüş Astana prosesinin xarici işlər nazirlərinin Suriya ilə bağlı iclası çərçivəsində keçirilib.

Xarici işlər nazirləri görüşdə İsrailin Suriyaya hücumlarını pisləyib və bunu beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndiriblər.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, onlar İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriyadakı vəziyyətə mənfi təsirini də qeyd ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi