Bu gün Modern.az-ın əməkdaşı, parlament müxbiri Aysel Məhərrəmlinin toy mərasimi keçirilir.
Əməkdaşımız şadlıq evinə Modern.az-ın redaksiyasından yola salınıb ki, bu da media cameəsində bir ilk olub.
“Modern Media Qrup”un rəhbəri Elşad Eyvazlı gəlin və bəyə ən xoş arzularını çatdırıb və onlara hədiyyə təqdim edib. Daha sonra Modern.az-ın qonağı olan Bolqarıstanın BTV telekanalının əməkdaşı Nahidə Deniz gəlinin çiyninə şal örtüb.
Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev isə bəyə hədiyyə verib.
Bəylə gəlinə ən xoş arzu və diləklərini çatdıran xarici qonaqlar, eləcə də redaksiyanın əməkdaşları sonda onlarla xatirə fotosu çəkdiriblər.