Modern.az

Xamenei təhlükəsiz yerə köçürüldü

Xamenei təhlükəsiz yerə köçürüldü

Aktual

28 Sentyabr 2024, 14:43

İran İslam Respublikasının ali rəhbəri Seyyid Əli Xamenei təhlükəsiz yerə köçürülüb.


Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
 

Bildirlib ki, “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə bağlı xəbərlər yayılandan sonra İranın ali lideri ilə bağlı müvafiq addım atılıb.

Məlumata görə, Xameneinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.

İsrail ordusu iddia edir ki, Nəsrullahın sentyabrın 27-də Beyruta hava hücumu nəticəsində öldürülüb.

“Hizbullah” hərəkatı hələ ki bu məlumatı təkzib edir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi