Modern.az

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar təsdiqləndi - FƏRMAN

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar təsdiqləndi - FƏRMAN

İqtisadiyyat

28 Sentyabr 2024, 16:14

Prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Modern.az xəbər verir ki, Fərmana əsasən, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib.

Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bu fərman 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qaydalarla bu linkdən tanış olmaq mümkündür

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI