Modern.az

Mədət Quliyev: “Qanuni oğrular” bəzi addımlar atmaq istəyir”

Mədət Quliyev: “Qanuni oğrular” bəzi addımlar atmaq istəyir”

12 Dekabr 2013, 11:07


“Mətbuatda “qanuni oğrular”ın türmələrdə ixtiyar sahibi olması ilə bağlı yayılan məlumatlar yalan infortmasiyalardır, həqiqətə söykənmir”. Modern.az xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

“Düzdür, “qanuni oğrular” hər hansı bir addım atmaq istəyir, amma Penitensiar Xidmətin əməkdaşları tərəfindən onların hər hansı bir qanun zidd hərəkətlərinin qarşısı alınır”.

O, eyni zamanda Əli İnsanovun saxlanma şəraitinin pis olması haqqında da xəbərləri yalanlayıb. “Bu da həqiqətə əks etdirmir. Onun saxlıanm şəraitində bir problem yoxdur”.

M.Quliyev eyni zamanda həbsxanada olanların 5-də birinin narkotik istifadəçiləri olduğunu bildirib. “Yəni onlar bu maddə ilə tutulublar”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK