Modern.az

Kazanda BRICS-ə 10 ölkə qoşulacaq

Kazanda BRICS-ə 10 ölkə qoşulacaq

28 Sentyabr 2024, 23:55

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək sammit zamanı BRICS iqtisadi blokuna 10-a yaxın yeni üzv qoşulacaq.

 

Modern.a, xəbər verir ki, Belarus rəsmisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxışında bu il BRICS-ə sədrlik edən Moskvanın blokun genişlənməsi üçün dövlətlərin siyahısını tərtib etdiyini bildirib. O, Belarusun üzvlüklə bağlı müraciətinin təsdiq ediləcəyinə ümidvar olduğunu deyib.

 

2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında daha da genişlənməsinə və altı yeni üzvün qoşulmasına baxmayaraq, blok orijinal adını saxlamağa üstünlük verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi