Modern.az

"Hizbullah" rəhbərliyindən daha biri ÖLDÜRÜLDÜ

"Hizbullah" rəhbərliyindən daha biri ÖLDÜRÜLDÜ

29 Sentyabr 2024, 13:28

"Hizbullah"ın hərbi-ideoloji rəhbərliyində vacib şəxslərdən biri öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Livandakı "Hizbullah" mərkəzi şurasının üzvü Nabil Kauk zərərsizləşdirilib.

 

O, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.

 

Şeyx Nabil Kauk "Hizbullah"ın idarə edilməsində mərkəzi fiqurlardan biri olub və hərbi əməliyyatlarla bağlı bir sıra strateji məsələlərə cavabdeh idi.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi