Modern.az

Livandan İsrailin şimalına ZƏRBƏ

Livandan İsrailin şimalına ZƏRBƏ

29 Sentyabr 2024, 14:27

İsrailin şimalı Livandan atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Kinneret gölünün sahilində yerləşən Tiberiya şəhəri istiqamətində raket atışı qeydə alınıb.

 

Raket təhlükəsi ilə əlaqədar bu ərazidə hava hücumu xəbərdarlığı elan edilib.

 

Ümumilikdə, Livan ərazisindən Tiberiyaya doğru səkkiz mərmi atılıb.

 

İtkilər barədə məlumat verilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi