Modern.az

"Helen" qasırğasında ölənlərin sayı 65-ə çatdı

"Helen" qasırğasında ölənlərin sayı 65-ə çatdı

Dünya

29 Sentyabr 2024, 17:37

ABŞ-nin cənub-şərqində "Helen" qasırğasının ölkəni vurması nəticəsində azı 65 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

 

Qasırğa səbəbindən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarının təxminən 2,68 milyon sakini işıqsız qalıb.

 

Bundan əvvəl "Helen" qasırğasının 60 nəfərin həyatına son qoyduğu bildirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi