Modern.az

Milli dəyərlərimizi müasirliyin badına verməyək

 Milli dəyərlərimizi müasirliyin badına verməyək

12 Dekabr 2013, 11:38

Abbas Qəmli

Bu gün cəmiyyətimiz anban inkişaf edir və müasirləşir.  Müxtəlif təsirlər  içərsində yaşadığımız bir zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir və  böyük vətandaşlıq məhsuliyyəti  tələb edir. İndi bu işin öhtəsindən layiqincə gəlib onu gələcək nəsillərə  əmanət etmək biz gənclərin üzərinə düşür.

 Milli-mənəvi dəyər nədir? “Mənəvi dəyər” insanı cəmiyyətdə formalaşdıran , inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan başlamışdır. Məhz hər bir milləti digərlərindən fərqləndirib   ayıran  da milli-mənəvi dəyərlərdir.

Milli dəyərlərimiz deyəndə hesab edirəm ki,  gözlərimizin önünə həm də tar, kaman, qaval gəlir, qulağımızda muğam sədaları  səslənir.  Ölkəmizi  dünyada   tanıdan , təbliğ edən muğam sənəti bu gün də hər kəsi heyran etməkdə davam edir. Tarın, kamanın, qavalın sədaları altında Azərbaycan mədəniyyəti muğamla bütün elləri-obaları gəzir. Bütün dünyanı heyran edən bu milli-mənəvi  dəyərlərimiz  Azərbaycan xalqının müqqədəs sərvətidir. Elə buna görə də Muğamımız YUNESKO-nun dünya irsinin ilk siyahısına daxil edilmişdir.

Təbii ki, burada Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədəki misilsiz əməyi xüsusi qeyd olunmalıdır.

Bu alətlərin sədası altında Azərbaycan muğamı dünyaya günəş təki doğur. Bu sədaları dinləyən hər bir tanrı övladı sanki  Muğam  “sehrin”ə düşür.Bu da təbii ki, Azərbaycan dövlətinin dünyada milli dəyərlərinin təbliğinə  xidmət edir.  

Dədə Qorqudun bizlərə əmanəti olan ozan-aşıq sənətini indi həmdə muğamla davam etdiririk. Bunu da gələcəyə  biz amanət etməliyik.. Etməliyik ki, mədəniyyətimiz həmişəbahar qalsın.

Milli dəyərləri qorumaqla biz həm də tariximizi qorumuş oluruq . Özümüzü dərk edirik.

Məhz o,  milli dəyərlər  sayəsində cəmiyyət inkişaf edib  və  müasirləşə bilər . Milli dəyərlərini  qoruya bilməyən xalq bir gün  məhv olmaq qorxusu ilə üzləşə bilər.  Milli dəyərlərini anlamayıb  müasairliyə can atan millətin gələcəyi isə zülmət qaranlığa bənzəyir.  İnamla irəliləmək üçün  yolumuza işıq saçan dəyərlərimizi qorumalıyıq.Yoxsa müasirləşmək  üçün üz tutduğumuz yolda yolumuza heç kim işıq saçmayacaq. Ya da müasirləşmək adı altında özümüzü və kimliyimizi unudacağıq. Onda nə xalq kimi xalq, nə də millət kimi millət olacağıq. Nə dəyərimiz nə də, qiymətimiz bilinəcək.

Bu gün  milli dəyərlərin qorunmasında bizlərin üzərinə şərəfli bir iş düşür. Ona görə ki, milli-mənəvi dəyərlər  ölkəmizin əsaslarını təşkil edir.Məhz bu gün milli dəyərlərin müdafiyəçisi biz olmalıyıq.  Biz bu dəyərləri qorumaqla həm də dünyanı özümüzə heyran etmiş olarıq. Nece ki, muğamla etməkdəyik.

Gəlin birlikdə milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub yaşadaq . Dünyanı  heyran qoymaqda yolumuzu davam edək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK