Modern.az

İsrail daha bir ölkəni bombaladı

İsrail daha bir ölkəni bombaladı

29 Sentyabr 2024, 21:22

İsrailin Hərbi Hava Qüvvələri Yəməndə Husi qiyamçılarına məxsus hərbi obyektlərə zərbələr endirib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

"Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrail Hodeyda şəhərinin Ras-İssa limanındakı neft çənlərinə hücum edib. Çənlərdən biri yanıb.

 

Ordunun açıqlamasında, həmçinin qeyd olunub ki, zərbələr husilərin İsrailə hücumlarına cavabdır. “Son bir il ərzində husilər İranın rəhbərliyi və maliyyə dəstəyi ilə fəaliyyət göstəriblər”, - deyə İsrail Müdafiə Nazirliyi əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi