Modern.az

"Fənərbağça" qələbə qazandı 

"Fənərbağça" qələbə qazandı 

30 Sentyabr 2024, 00:14

Türkiyə Superliqasında VII turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Antalyaspor"u vaxtilə İstanbul klubunda çıxış etmiş braziliyalı veteran futbolçu Aleks de Souza çalışdırır.

 

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Fənərbağça" 2-ci sıraya yüksəlib. "Antalyaspor" isə 8 xalla 13-cü pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu