Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.
TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1993-cü il təvəllüdlü şəxs (qadın cinsli) 28.09.2024-cü il saat 09:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə cərrahi və terapevtik müdaxilənin dəqiqləşdirilməmiş diaqnozu ilə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 12:40 radələrində şəxsin ölümü qeydə alınıb.
***
09:16
Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.
Modern.az "Report"a istinadən xəbər verir ki, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova sentyabrın 28-də dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.