Mərhum prezident Heydər Əliyevin anım günü Gəncə gəncləri tərəfindən qeyri adi şəkildə qeyd olundu. "Gənclik ONUN İmzasıdır" adlı layihə çərçivəsində 300 nəfərdən çox gəncin iştirakı ilə eni 17 metr, uzunluğu isə 40 metrdən ibarət Heydər Əliyevin ilk canlı imzası, dünyada isə ikinci böyük canlı imza yaradılıb.
Anım günündə həyata keçirilən layihənin ikinci mərhələsində isə Azərbaycanı dünyaya tanıdan imza yaxın gələcəkdə dünyanın ən böyük canlı imzası olaraq yaradılacaq.
Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, əsas məqsəd isə Heydər Əliyevin imzasını “Ginnesin Rekordlar kitabı”na dünyanın ən böyük canlı imzası kimi yazdırmaqdır. Həmçinin ən böyük canlı portretin yaradılması da nəzərdə tutulub.
“Gənclik Onun İmzasıdır” layihəsi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Layihə rəhbəri Tural İsaqovdur.
Modern.az