Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturlarında könüllü qanvermə aksiyasına başlanılıb. 12 dekabr 2013-cü il tarixində ilkin olaraq DSMF-nin Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib. Növbəti günlərdə bu aksiya Fondun yerli şöbələrində də həyata keçiriləcək.
DSMF-nin Mərkəzi Aparatında baş tutan aksiyada Fondun əməkdaşları yüksək fəallıq nümayiş etdiriblər. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.