Bu gün səhər saatlarından Bakıya güclü küləklə müşayiət olunan qar yağması Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında müəyyən problemlərə səbəb olub. Avtovağzalın məlumat bürosundan Fərqanə Babayevanın Modern.az saytına verdiyi məlumata görə, hazırda avtobusların gediş-gəlişində ciddi məhdudiyyət yoxdur. O deyib ki, bununla belə səhər saat 08:00-da Bakıdan Gəncə şəhərinə iki, Ağsu rayonuna isə bir avtobus reysi təxirə salınıb. Fərqanə Babayeva hava şəraitinin əlverişsiz olması səbəbindən paytaxtdan regionlara gedən sərnişinlərin sayında da ciddi azalma müşahidə olunur.
Gülşən Raufqızı