Modern.az

“Hizbullah” liderinin dəfn yeri AÇIQLANDI

“Hizbullah” liderinin dəfn yeri AÇIQLANDI

30 Sentyabr 2024, 12:10

Livanda öldürülən “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın cənazəsi İraqın Kərbəla şəhərinə dəfn ediləcək.

Modern.az xəbər verir ki, bu barədə İraq baş nazirinin müşaviri Əbdül Əmir Əl-Tayban bnildirib.

O, sosial şəbəkədə paylaşdığı mesajda yazıb ki, Həsən Nəsrullahın cənazəsi Kərbəlada, İmam Hüseynin (ə) məqbərəsinin yanında dəfn olunacaq.

Xatırladaq ki, sentyabrın 27-də İsrailin Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullah öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi