Modern.az

"Səsvermə günü bütün proseslər şəffaf keçdi" - Məzahir Pənahov

"Səsvermə günü bütün proseslər şəffaf keçdi" - Məzahir Pənahov

30 Sentyabr 2024, 12:37

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib. Səsvermə günü bütün proseslər şəffaf keçdi.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

 

O qeyd edib ki, seçkilərlə bağlı səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb.

 

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər günü min məntəqədə vebkameralar vasitəsilə seçkilərin bütün dünyadan izlənilməsinə imkan yaradılıb: “Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi