Modern.az

Deputat qəbulda yüksək bal toplamış lerikli tələbələrlə görüşdü

Deputat qəbulda yüksək bal toplamış lerikli tələbələrlə görüşdü

12 Dekabr 2013, 12:13

Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədov 2013-cü ilin yekunları ilə bağlı təmsil etdiyi rayondan universitetlərə qəbul zamanı yüksək bal toplamış tələbələrlə görüşüb.

Modern.az-ın məlumatına görə, millət vəkili İqbal Məmmədov görkəmli şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı danışıb. Daha sonra millət vəkili vaxtaşırı olaraq təmsil etdiyi Lerik rayonunda təhsilin vəziyyətini xüsusi diqqətdə saxladığını deyib. “Bir müddət əvvəl, lerikli abituryentlərin universitetlərə qəbul imtahanları zamanı aşağı nəticələr göstərməsi bizi çox narahat edirdi. Ucqar dağ rayonu olan Lerikdə gənclərin təhsilə, elmə bağlılığını artırmaq və stimullaşdırmaq üçün biz çoxsaylı tədbirlər həyata keçirməyə başladıq. Təhsil sahəsinə diqqətini əsirgəməyən dostlar, rayon rəhbərliyinin iştirakı ilə qəbul imtahanları zamanı yüksək bal toplayan lerikli gənclər üçün xüsusi təqaüdlər təyin etdik, onları müxtəlif mükafatlarla təltif etdik. Uğur qazanmış gənclərlə mütəmadi olaraq təmasda olduq və onların bütün problemlərinin həllinə yardımçı olmağa çalışdıq. Bütün bu tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Hazırda lerikli gənclər qəbul imtahanları zamanı olduqca yüksək nəticələr göstərərək, ölkəmizin nüfuzlu ali məktəblərində təhsil alırlar. Bu bizi çox sevindirir”.

İ. Məmmədov daha sonra tələbələrin müxtəlif mövzular ətrafında çıxışlarını və problemlərini dinləyib, imtahanlarda yüksək nəticə göstərən tələbələrə müəllifi olduğu kitabı və hədiyyələri təqdim etməsi ilə başa çatıb. Sonda xatirə şəkli çəkilərək, bu cür görüşlərin tez-tez keçirilməsi tövsiyə olunub.

 

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK