Modern.az

Azərbaycanda meymunçiçəyi ilə bağlı rəsmi AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi ilə bağlı rəsmi AÇIQLAMA

Ölkə

30 Sentyabr 2024, 14:47

Dünyada meymunçiçəyi virusu sürətlə yayılmağa davam edir. Bir müddət əvvəl Azərvbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Ölkəmizdə bu virusa yoluxma ehtimalı olan kiminsə olub-olmaması təşviş doğuran məsələlərdən biridir.

 

Modern.az mövzu ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb

 

Qurumdan bildirilib ki, Azərbaycanda bu günə qədər meymunçiçəyinə şübhəli hallar qeydə alınmayıb:

 

“Belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI