Modern.az

ABŞ Ukraynaya sanksiya tətbiq edə bilər

ABŞ Ukraynaya sanksiya tətbiq edə bilər

12 Dekabr 2013, 12:32

ABŞ Kiyevin mərkəzində dinc aksiya keçirənlərin güc tətbiq edilməsi ilə dağıdılmasına görə Ukraynaya qarşı sanksiya tətbiq edə bilər. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Saki deyib. O, konkret hansı tədbirlərdən söhbət getdiyini açıqlamayıb: “Biz indi bütün mümkün variantları, o cümlədən sanksiya məsələsini də müzakirə edirik. Görünür ki, biz hələ məsələnin həlli prosesindəyik”.

Kiyevin Azadlıq meydanında etiraz edənlərin dağıdılmasını Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Ketrin Eşton da pisləyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK