Türkiyənin Media-İş Həmkarlar Komitəsinin (TMHK) sədri Gürsəl Əsər Modern.az saytının qonağı olub.
Baş redaktor Elşad Eyvazlı türkiyəli qonağa jurnalistlərin işləri ilə bağlı ətraflı məlumat verib.
Parlament Jurnalistlər Birliyinin (PJB) təsis etdiyi internet saytı ilə daha yaxından tanış olan G. Əsər təəssüratlarını bölüşərkən fəaliyyətini müsbət qiymətləndirib.
Gürsəl Əsər Azərbaycanda fəaliyyət göstərən saytların bir çoxunu izlədiyini və təqdir etdiyini bildirib. Azərbaycanda olan bir çox cəmiyyət və təşkilatlarla əlaqəsi olan TMHK sədri bundan sonra da PJB ilə əməkdaşlığı davam etdirməyə maraqlı olduğunu vurğulayıb və Modern.az-ın baş redaktoru Elşad Eyvazlıya öz təşəkkürünü izhar edib.
Ulduz İBRAHİMOVA