Modern.az

Hacıbala Abutalıbov bu gün Milli Şuraya cavab verəcək

Hacıbala Abutalıbov bu gün Milli Şuraya cavab verəcək

12 Dekabr 2013, 12:50

Dekabrın 15-də Milli Şuranın mitinq keçirməsi ilə bağlı  Bakı Şəhəri İcra Hakimiyyətinə  müraciətinə bu gün cavab verilməlidir”. Bunu  Modern.az saytına  Müsavat Partiyası başqanının  müavini Gülağa Aslanlı deyib.

Başqan müavini paytaxtda havaların kəskin soyumasının Milli Şuranın mitinqinə ciddi təsirinin olmayacağını düşünür. “Havaların soyuq və yağıntılı keçməsi mitinqin keçirilməsinə yox, mitinqə gələn insanların azlığına səbəb ola bilər. Qar və yağış yağmasından asılı olmayaraq, məncə, xüsusi dəhşətli hava müşahidə olunmazsa,  Milli Şura mitinqin  keçirilməsinə israrlı olacaq”.

Mitinqin keçiriləcəyi məkana gəlincə, Gülağa Aslanlının fikrincə, bunun üçün meriyadan istənilən yerlərdən birincisi “Məhsul” stadionudur.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK