Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Bakıda çovğunun yaranması ilə bağlı məlumat verməsə də, səhər paytaxt sakinləri yerdə ağ qar örtüyünün şahidi olublar. Buna hazır olmayan insnalar isə problemlərlə üzləşiblər. Bəs dağlıq rayonlarda vəziyyət necədir?
Modern.az bununla bağlı həmin rayonların deputatları ilə əalqə saxlayıb.
Deputat Sabir Rüstəmxanlı bildirib ki, artıq Yardımlı əhalisi belə hava şəraitinə öyrəşib. “Dağlıq rayonlar, o cümlədən Yardımlı da qış vaxtı qarlı hava şəraiti müşahidə edilir. Əhali də artıq buna öyrəşib. Bura hər zaman qarlı olur, uyalnız böyük qar çovğunları olanda, güclü külək əsəndə problemlər yaranır. Hazırda isə yardımlıda fövqəlada vəziyyət müşahidəe dilməyib. Yollar açıqdır, evlərə elektrik enerjisi və qazın verilməsində problem yoxdur”.
Deputat Azər Badamov Qusarda əvvəlcədən qışa hazırlıq görüldüyünü və belə hava şəraitinə rayonun tam hazır olduğunu bildirib. “Bu gün səhər rayonla əalqə saxladıqda bildirdilər ki, rayonda heç bir problem yoxdur. İnsanlara qaz və elektrik enerjisinin verilməsində problem müşahidə edilməyib. Yollara isə qum səpələnib”.
Deputat İqbal Məmmədov bildirib ki, Lerikdə bu gün 40 sm-ə qədər qar yağıb. “Dağlarda isə qar örtüyü 50 sm-dən çox olar. Yolların təmizlənməsi üçün iki qar təmizləyən maşın işləyir. Onlardan biri Lənkəran-Lerik yolunu təmizləyir. İkincisi isə kənd yollarını qardan təmizləyir. Yollarla bağlı heç bir problem yoxdur. Elektrik enrerjisinin verilməsində də problem müşahidəe dilmir. Bəzi yerlərdə kəsintilər olması isə orada işıq dirəklərinin artıq çürüməsi ilə bağlıdır, bu da hardasa rayonun 10 faizini təşkil edər. Qazın verilməsində isə heç bir problem yoxdur”.
Aytən ƏLİYEVA