Modern.az

Hacıqabulda əməliyyat - 1 kq heroin dövriyyədən çıxarıldı

Hacıqabulda əməliyyat - 1 kq heroin dövriyyədən çıxarıldı

Aktual

1 Oktyabr 2024, 09:57

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi