Modern.az

XİN-in iki idarə rəisi vəzifələrindən azad edildi - RƏSMİ

XİN-in iki idarə rəisi vəzifələrindən azad edildi - RƏSMİ

Ölkə

1 Oktyabr 2024, 14:24

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki idarə rəisi vəzifələrindən azad edilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin Baş İdarəsinin rəisi Qaya Məmmədov və Linqivistik Təminat İdarəsinin rəisi Rizan Nəbiyev deputat seçildikləri üçün vəzifələrindən azad olunub.

 

Qeyd edək ki, Qaya Məmmədov 31 saylı Suraxanı ikinci seçki dairəsindən, Rizvan Nəbiyev isə 49 saylı Abşerom ikinci seçki dairəsindən deputat seçilib.

 

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da geri çağırılıb. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən mandat qazanıb.

 

Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında təsdiqləyib. O, müvafiq vəzifələrə kimlərin təyin olunduğu ilə bağlı sualımıza belə cavab verib: "Daxili təyinatlar barədə mətbuata məlumat verilmir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi