Modern.az

Parkdan kenquru balaları OĞURLANDI

Parkdan kenquru balaları OĞURLANDI

1 Oktyabr 2024, 14:32

Rusiyada naməlum şəxslər Kaluqa vilayətində parkdan iki kenquru balasını oğurlayıblar.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb

 

Hadisə oktyabrın 1-nə keçən gecə baş verib.

 

“Naməlum şəxslər əraziyə daxil olub, məhəllənin torunu kəsərək analarının kisəsini təzəcə tərk etməyə və özbaşına qidalanmağa başlayan körpələri aparıblar. Park işçilərinin fikrincə, kenquru balaları lazımi qayğı olmadan yaşaya bilməyəcək”, - deyə məlumatda vurğulanıb.

 

Analoji hadisə ötən həftə Yaroslavl zooparkında baş verib. Sentyabrın 26-dan 27-nə keçən gecə naməlum şəxslər Kroş adlı kenquru balasını qaçırıblar. Oğurluq faktı ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi