
“Paytaxt yolları buz bağlayarsa, bütün texniki qüvvələrimizi səfərbər edəcəyik”. Bu sözləri Modern.az-a açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlyev deyib. O, qeyd edib ki, avqust-sentyabr ayından idarə payız, qış mövsümünə hazırlanıb və yetəri qədər qum və duz ehtiyatı toplanılıb. “Hazırda Bakı yollarında qalın qar örtüyü yoxdur və yollar buz bağlamayıb. Əgər gecə müşayiət olunacaq şaxta nəticəsində yollar buz bağlayarsa, texnikalarımız və işçi qüvvələrimiz səfərbər olunacaq və lazımi yerlərə təhkim olunacaq. Növbətçi briqadalarımız sutkanın 24 saatı işləyir”.