Modern.az

Dəmir yollarında müəyyən əməli addımlar atılır - Sədr

Dəmir yollarında müəyyən əməli addımlar atılır - Sədr

Aktual

1 Oktyabr 2024, 18:00

2023-cü ildə Azərbaycanın dəmir yollarında karbon emissiyalarını 9 % azaltmaq mümkün olub.

Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masada bildirib.

"Ölkə olaraq 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq öhdəliyimiz var. Bu məqsədlə müəyyən əməli addımlar atılır. Gəncə və Bakıda yeni anbarların istifadəyə verilməsi buna nümunədir", - deyə o qeyd edib.

"Bu il ilk davamlılıq hesabatımızı dərc edəcəyik. Bu hesabat nəqliyyat sektorunda dəmir yolu ilə bağlı öhdəliyimizə sadiqliyimizi nümayiş etdirəcək", - deyə R.Rüstəmov əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi