Modern.az xəbər verir ki, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində Heydər Əliyev və Azərbaycan Mədəniyyəti adlı tədbir keçirilib. Tədbirdə İctimai Birliyin rəhbərliyi, üzvləri, ziyalılar, Kəlbəcər rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabanda Ulu öndərin məzarın ziyarət ediblər. Tədbirdə usdat sənətkar aşıq Şəmşirin 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevə həsr etdiyi Zərli taç ağıllı kamallı başa yaraşır şerləri əsasında hazırlanmış vide çarx nümayış etdirlidi xatirəsi sükutla yad edildi.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağının nümayəndəsi Həbib Misirov tədbiri açaraq qeyd edib ki, “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik.” – deyən Dahi Lider verdiyi qərarlarla, etdiyi möhtəşəm çıxışlarla gənc nəsli milli dəyərlərimizə dərindən yiyələnməyə səsləmişdir. Bunu deməkdə Ulu Öndərin əsas amalı gəncləri milli dəyərlərimizin daşıyıcılarına çevirməkdən ibarət olub. Ulu Öndərin Dədə Şəmşirə, onun yaradıcılığına həmişə böyük qiymət verdiyini söyləyərək, ümummilli lider Heydər Əliyevin Aşıq Şəmşirin 110 illiyinin keçirilməsi barədə Sərəncam imzaladığını qeyd edib. Bu Sərəncama əsasən, Göygöl rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib, orada abidəsi ucaldılıb.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Qənbər Qurbanov öz çıxışında bildirib ki, Milli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Qənbər Qurbanov Ulu Öndərlə bağlı xatirələrini söyləmiş, dahi şəxsiyyətin Kəlbəcər rayonu üçün gördüyü işlərdən danışıb. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş hər bir kəlbəcərlinin ümummilli lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləyib. O, dövlət başçısının kəlbəcərlilərə qayğısından danışıb. İnanırıq ki, möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasət nətiçəsində öz doğma torpaqlarımıza qayıdacağıq.
Tədbirdə çıxış edən Adil Cəmil, Nağdəli Zamanov, Nəriman Ocaqlı və digər ziyalılar ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsindəki uğurlu fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə, onların yaradıcılığına verdiyi qiymətdən söhbət açıblar.
Modern.az