Çempionlar Liqasında “Qalatasaray”ı 7 qrupun birincilərindən biri gözləyir. Bunların içində son çempion “Bavariya”nın da adı var.
Xatırladaq ki, “Cim-Bom” B qrupunun son qarşılaşmasında italyan rəqibi “Yuventus”u məğlub edərək, növbəti turda rəqibini gözləyir.
Topladığı 7 xalla qrupun ikincisi olan “Qalatasaray” növbəti turda digər qrupların birincilər ilə qarşılaşacaq. İlk oyunlarda lider kimi tamamlayan klublar arasında İngiltərədən “Mançester Yunayted”, son çempion “Bavariya”, Fransa təmsilcisi “PSJ” və Arda Turanlı “Atletiko Madrid” yer alır.
Dünən oynanılan qarşılaşmalardan sonra bəlli olan E qrupunda “Çelsi”, F qrupunda “Borussiya D” və H qrupunda olan “Barselona” klubları “Qalatasaray”ın rəqibləri ola bilər.
Qeyd edək ki, “Qalatasaray”ın Çempionlar liqasındakı rəqibinin adı 16 dekabr tarixində bəlli olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Rafiq Qənbərov