Modern.az

"Skoda" yeni modelini təqdim etdi - Qiyməti...

"Skoda" yeni modelini təqdim etdi - Qiyməti...

Dünya

2 Oktyabr 2024, 14:42

"Skoda" yeni elektrik krossoveri "Elroq"u təqdim edib.

 

Modern.az xəbər verir ki, premyera Praqanın mərkəzində baş tutub.

 

Çexiya istehsalçısının mətbuat xidməti yeni məhsulun qiymətini açıqlayıb. "Skoda Elroq"un satışı 33,9 min avrodan başlayacaq.

 

Model 55-63 kVt/saat tutumlu akkumulyatorlarla 4 versiyada təqdim olunacaq. Arxa ötürücülü versiyalar 170-dən 286 at gücünə qədər gücə malik elektrik mühərrikli olacaq. Üst tam ötürücülü versiya 299 at gücünə malikdir, bu krossover 180 km/saat sürət yığa bilir və tək yüklənmədə məsafə 560 km-ə çatır.

 

"Elroq" alıcıları 4 interyer dizayn variantından birini seçə biləcəklər - "Studio", "Loft", "Lodge" və "Suite". Məsələn, "Loft" versiyasında daxili bəzək 78% təkrar emal edilmiş plastik şüşə və paltarlardan ibarət materialdan hazırlanacaq. "Lodge" dizaynında 75% köhnə balıq torları və parça qırıntılarından ibarət materialdan istifadə edilir.

Bu xəbər ilə bağlı
"Skoda"nın yeni modeli: Plastik şüşə və paltarlardan, balıq torları və parça qırıntılarından...
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi