Modern.az

İsraildəki Qazaxıstan səfirliyindən vətəndaşlara MÜRACİƏT

İsraildəki Qazaxıstan səfirliyindən vətəndaşlara MÜRACİƏT

Dünya

2 Oktyabr 2024, 15:34

Qazaxıstan Respublikasının İsraildəki səfirliyi bu ölkədəki vətəndaşlarına tövsiyələr ünvanlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

 

Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Qazaxıstanın Təl-Əvivdəki səfirliyi İsraildəki bütün Qazaxıstan vətəndaşlarına gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməyi, ayıq və ehtiyatlı olmağı, son xəbərləri izləməyi, həmçinin səfirliklə əlaqə saxlamağı tövsiyə edir.

 

İsraildə Qazaxıstan Respublikasının vətəndaşları üçün təcili rabitə xətləri açıqdır. Qazaxıstanın İsraildəki səfirliyinin əlaqə vasitələri:

 

+972 (3) 503 78 85 (növbətçi)
+972 53 635 19 83 (mobil, WhatsApp)
+972 55 273 38 13 (mobil, WhatsApp)
+7 700 111 31 96 (WhatsApp)

 

Qazaxıstanın “Air Astana” aviaşirkəti Yaxın Şərqdəki qeyri-sabit geosiyasi vəziyyətlə əlaqədar İranın hava məkanından yan keçməklə Dubaya (BƏƏ) uçuşlar həyata keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək