Modern.az

İran-İsrail qarşıdurmasına görə Qətərdən Ermənistana aviareys ləğv olunub

İran-İsrail qarşıdurmasına görə Qətərdən Ermənistana aviareys ləğv olunub

2 Oktyabr 2024, 16:38

İranın İsrailə raket zərbələri şəraitində "Qətər Hava Yolları" Ermənistana uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, oktyabrın 1-i saat 20:40-da Dohadan İrəvana uçmalı olan reys də ləğv edilib.

 

Eyni zamanda, oktyabrın 3-də saat 00:50-də İrəvana çatması planlaşdırılan reys hələ də Zvartnots hava limanının cədvəlində göstərilib və ləğv edilməyib. Mülki Aviasiya Komitəsi qeyd edib ki, hazırda regionda uçuşların kütləvi şəkildə ləğvi yoxdur.

 

“Səhər saatlarında Təl-Əvivdən (Flyone) İrəvana və İrəvandan Tehrana (Ermənistan Hava Yolları) reyslər həyata keçirilib”, - qurumdan bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək