Modern.az

Koreya prezidentinin xanımına qarşı rüşvət ittihamı ləğv olunub

Koreya prezidentinin xanımına qarşı rüşvət ittihamı ləğv olunub

2 Oktyabr 2024, 17:16

Prokurorluq araşdırma apardıqdan sonra Cənubi Koreya prezidentinin həyat yoldaşına qarşı rüşvətxorluğa qarşı qanunu pozmaq ittihamını ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Korea Times” yazıb.

 

Bildirilib ki, ki, ittihamlar Koreya birinci xanımının hədiyyələr, o cümlədən 2,2 min dollar dəyərində "Dior" əl çantası alması ilə bağlı qalmaqaldan sonra irəli sürülüb.

 

Prokurorluq qeyd edib ki, rüşvətxorluğa qarşı mübarizə haqqında qanunda dövlət məmurlarının həyat yoldaşlarının cəzalandırılmasını nəzərdə tutan müddəalar yoxdur.

 

Bundan başqa o, səhm qiymətlərinin manipulyasiyasında mümkün iştirakı və aprel seçkiləri üçün namizədliyin irəli sürülməsi prosesinə müdaxilə də daxil olmaqla, başqa araşdırmalar altındadır. Faktla bağlı prokurorluq və korrupsiyaya qarşı mübarizə komissiyası tərəfindən araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək