Modern.az

Rafiq Hüseynovdan xəbər var: “Durumu yaxşı deyil"

Rafiq Hüseynovdan xəbər var: “Durumu yaxşı deyil"

Təhsil

12 Dekabr 2013, 17:05

“Rafiq Hüseynovun vəziyyəti hələ ki nisbətən pisdir”. Bunu  Modern.az-a açıqlamasında diktorun həyat yoldaşı Səbinə Hüseynli deyib. Onun sözlərinə görə, R.Hüseynovda halsızlıq müşahidə olunub.

“Rafiq müəllim dünən reanimasiyadan palataya köçürülüb. Dünən səhhətində müəyyən zəiflik müşahidə olunurdu. Bu gün isə bir qədər yaxşılaşıb, amma ümumi halı hələ ki zəifdir”.

Səbinə Hüseynli həmçinin R.Hüseynovun yanına gələn dostlardan da danışıb. ”Dünən millət vəkili Qənirə Paşayeva yanımızda, xəstəxanada oldu. Rafiq müəllimlə bir xeyli söhbət etdi. Bundan başqa, Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan da telefonla əlaqə saxlayaraq, Rafiq müəllimin yanına gəlmək istədiklərini bildiriblər. Əslində, Rafiq müəllimi ziyarət etmək istəyənlər çoxdur. Lakin həkimlər çox görüşə icazə vermirlər”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov ağ ciyər xərçəngindən əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunub.

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK