Modern.az

Bayden İranın nüvə obyektlərinə zərbəyə “yox!” dedi

Bayden İranın nüvə obyektlərinə zərbəyə “yox!” dedi

3 Oktyabr 2024, 09:02

Prezident Co Bayden deyib ki, o, İsrailə raket hücumuna cavab olaraq İranın  nüvə proqramı ilə əlaqəli obyektlərinə hücumu dəstəkləməyəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydenbu barədə  jurnalistlərə açıqlamasında danışıb. O, İranın İsrailə raket zərbələri endirdikdən sonra belə bir cavabı dəstəkləyib - dəstəkləməyəcəyi ilə bağlı suala “Mənim cavabım “yox!” deyib.

Bayden bu açıqlamanı Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan olan Yeddilik Qrupunun liderləri ilə İrana qarşı yeni sanksiyaları əlaqələndirmək üçün telefonla danışdıqdan sonra edib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək