Modern.az

Lukaşenko Bakıya gələcək

Lukaşenko Bakıya gələcək

COP29

3 Oktyabr 2024, 12:55

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.

 

Modern.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə o, Minskdə Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə bildirib.

 

Ə.Əsədov Bakıda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Belarus Prezidentinə təqdim edib.

 

“Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk, bu, konfransa ayrıca status verəcək”, - baş nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər