Modern.az

“Trabzonspor” bu axşam yeni rekord qırmağa çalışacaq

“Trabzonspor” bu axşam yeni rekord qırmağa çalışacaq

Təhsil

12 Dekabr 2013, 18:09


UEFA Avroliqasında çıxışını davam etdirən türk təmsilçisi “Trabzonspor” növbəti tura vəsiqə əldə etməsinə baxmayaraq, qrupu birinci bitirmək üçün mübarizə aparacaq. Ən pis halda 1 xal  onu zirvəyə qaldıracaq. Belə olan təqdirdə  klub “Qalatasaray”ın məğlubiyyətsizlik rekorduna yaxınlaşacaq.

Öz meydanında  Kipr “Apollon”-u  4:2 hesabıyla məğlub edən “Trabzonspor” növbəti tura vəsiqəsini artıq əldə edib. Bu axşamki qarşılaşmanın isə klub üçün 2 mühüm əhəmiyyəti var. Birincisi, İtaliyadan ən azı 1 xalla dönərək qrupu birinci tamamlamaq. Digər səbəbi isə, əgər bu məqsədinə çatarsa, ardıcıl olaraq məğlubiyyətsizliyin sayını 14-ə çatdıracaq.

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, axşamkı oyunda  “Trabzonspor”un  2 önəmli oyunçusu meydanda olmayacaq. “Apollon” ilə qarşılaşmada sarı kart görən Zokoro cəzalı vəziyyətə düşdüyü üçün “Latsio” ilə oyunda forma geyə bilməyəcək. “Qaziantepspor”la oyunda zədələnən Qədr Keleş də komandasına kömək edə bilməyəcək.

Klubun baş məşqçisi Mustafa Akçay belə bir açıqlama verib: “Rəqib güclüdür, çünki hazırda optimal formada deyil. “Trabzonspor”un Avropa zəfərlərinə daşımağa heç bir maneə yoxdur”.

Qeyd edək ki, “Latsio”-“Trabzonspor” oyunu bu axşam Bakı vaxtı ilə saat 00:05-də baş tutacaq.

Rafiq Qənbərov

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK